Gömrük Akademiyasının tələbələrinin növbəti tədbiri keçirilib
Hədəf 10% proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Dil-İnkişaf” klubunun, Azərbaycan Dillər Universiteti THİK-nın nəzdində fəaliyyət göstərən “Conversation Club”, Se-Nur Psixologiya və İnkişaf mərkəzinin birgə təşkilatçılığı ilə ingilis dilində “BrainBert” adlı intellektual yarış keçirilib.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət mərkəzində baş tutan xarici dil bacarıqlarının inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədini daşıyan yarışda yerli və xarici olmaqla ümumilikdə 15 ali təhsil müəssisəsinin tələbələri iştirak ediblər.